Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Oleq Kuznetsov:Qarabağ beynəlxalq narkotik alveri üçün “su yoluna” çevrilib

Oleq Kuznetsov:

 

“Bu yaxınlarda Azərbaycan və Rusiya arasında bölgə təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.

Yenixeber.org:  Bakıda keçirilən mətbuat konfransında Rusiya siyasi analitiki, qafqazşünas-tarixçi Oleq Kuznetsov bildirib.

Politoloqun sözlərinə görə, Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi məsələlərinin normal, ikitərəfli tənzimlənməsinə keçid Rusiya-Azərbaycan münasibətlərində irəliyə doğru ciddi addımdır.  

"Nəhayət ki, kollektiv təhlükəsizlik məsələlərində iki ölkənin əməkdaşlığının əsas istiqamətləri nəinki səsləndirilmiş, həm də formal hüquqi sənəd şəklində təsbit olunub. Təbii ki, beynəlxalq terrorçuluğun, o cümlədən İŞİD-in Rusiya və Azərbaycan üçün konkret təhlükəsi var. Bu da bizim mövqelərimizi yaxınlaşdırır", - O.Kuznetsov deyib. 

Politoloq beynəlxalq narkotrafiklə bağlı ciddi problemlərin olduğunu qeyd edib: "Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq narkotik alveri üçün keçid zonası olub. Bu ərazi qanuni sahiblərinin yurisdiksiyasında olmadığından, hüquqi özbaşınalıq məkanında nəsə bir "qara dəlik" əmələ gətirir".

Oleq Kuznetsov iki ölkənin xüsusi xidmətləri, hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsinin vacibliyini də qeyd etdi: "Çünki müasir dünyada informasiyanın çatdırılma sürəti çox vaxt beynəlxalq təhlükəsizliklə bağlı terrorizmə qarşı və digər tədbirlərin səmərəliliyini təmin edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam