Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu

“Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bolis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən çox məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam