Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ata-oğul cinayətinin ağılasığmaz səbəbi:Ailədəki qadınları ona görə öldürüblər ki...

 

 

 

 

 

 

 Yenixəber.org: Salyanda həyat yoldaşını və dörd qızını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Əliyev bu dəhşətli cinayəti törətməsinin səbəbini istintaqa açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a Salyan rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, dekabrın 6-da Salyanda üç il səkkiz ay əvvəl baş vermiş cinayətin üstü açılıb. Belə ki, 2014-cü ilin martında 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və onun dörd qızı — İradə (1985), Sevda (1987), Ümidə (1991) və Rəqibə (1998) Əliyevalar itkin düşüb.

Bu ilin dekabrın 6-da isə məlum olub ki, onları ailə başçısı və ailənin oğlu xüsusi amansızlıqla qətlə yetirib. Faktla bağlı saxlanılmış 1954-cü il təvəllüdlü Fərhad Əliyevə əməliyyat-istintaq qrupunun üzvləri sual veriblər: "Siz niyə onları öldürmüsünüz?"

Kişinin cavabı hamını şoka salıb. O bəyan edib ki, xanımların ona münasibətindən razı qalmayıb: "Onlar mənə ailə başçısı kimi hörmət eləmirdilər və məni görməyə gəlmirdilər, ona görə də onları öldürdüm".

Hüquq mühafizəçiləri qeyd ediblər ki, Fərhad Əliyevin həyat yoldaşını ətrafda hamı zəhmətkeş qadın kimi tanıyırmış. Ailə başçısı spirtli içkilərə qurşanıb ailəyə baxmırmış, qadın isə həddindən artıq çox işləyirmiş ki, uşaqlarını böyütsün və onların öz ayaqları üstündə durmasına kömək etsin.

"Ailə başçısı daim içirdi, heç yerdə işləmirdi və həmişə evdə dava-dalaş salırdı. Ona görə də, ailənin ona hörmət etməməsi təəccüblü deyildi" — deyə Salyan RPŞ-dən bildiriblər.

Fərhad Əliyev beş nəfəri təkbaşına necə öldürdüyünə də aydınlıq gətirib. Dediyinə görə, o və oğlu Fəqan Əliyev M.Əliyevanı və qızlarını tək-tək ayrı-ayrı otaqlara salıblar ki, onları öldürmək asan olsun.

Xatırladaq ki, 2014-cü ilin martında qadın və qızlarla bağlı axtarış elan edilib. Qonşuları və qohumları elə ehtimal ediblər ki, Mehparə Əliyeva və qızları içki düşkünü ailə başçısından uzaqda yaşamaq üçün Türkiyəyə gediblər.

Dörd ilə yaxın vaxt keçəndən sonra kişi polis idarəsinə gedərək törətdiyi əməli etiraf edib. Ata və oğul faktla bağlı saxlanılıb.

Onlar əvvəlcə qadınları dəmir çubuqlarla döyüblər, sonra bıçaqla boğazlarını kəsiblər. Cinayəti törətdikdən sonra isə cəsədləri adyala bükərək evin zirzəmisinə gətiriblər, orada çuxur qazaraq basdırıblar.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam