Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib...Nərimanov rayonunda - FOTOLAR

"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib...

 

 

"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib... 

 

Yenixeber.org: 7 dekabr tarixində Nərimanov rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının himni səsləndikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider barədə danışaraq Azərbaycanın inkişafında, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artmasında, neft sektorunun inkişafında, ölkənin istehsal gücünün artmasında, çoxlu sayda yeni iş yerlərinin açılmasında, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsində, sahibkarlığın inkişaf etdirilməsində Ulu öndərin rolunu bildirmişdir. Sonra çıxış üçün söz verildi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavını İradə Mahmudovaya. Heydər Əliyev haqqında danışaraq, İ.Mahmudova ən çətin anlarda Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdiyini, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildiyini qeyd etmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyev haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndiyi və onun ətrafında daha sıx birləşdiyi qeyd olunmuşdur. Tədbirdə məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişdirlər. Tədbir Ulu öndərin həyatını əks etdirən slaydlarla və videogörüntülərlə müşaidə olunmuşdur.

 

"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib...

 

"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib...
"Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbiri keçirilib...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam