Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Elçin Quliyevin rütbəsi artırıldı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb

  "Xeberinfo.com": Məlumata görə, E.İ.Quliyevə general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin İsağa oğlu Quliyevə general-polkovnik hərbi rütbəsi verilsin".

Qeyd edək ki, Quliyev Elçin İsağa oğlu 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olub. 1974-1982-ci illərdə Sumqayıtda 22 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant hərbi rütbəsi verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam