Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Telman İsmayılovla bağlı materiallar Prokurorluğa göndərildi

Telman İsmayılovla bağlı materiallar Prokurorluğa göndərildi

 

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində açılan cinayət işinin materiallarını Baş Prokurorluğa təqdim edib

 

Yenixeber.org: Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Komitə T.İsmayılovu qiyabi olaraq, qətldə ittiham edib.

Qurumdan bildirilib ki, Azərbaycan əsilli rusiyalı iş adamı ilə bağlı beynəlxalq axtarış elan edilməsi üçün istintaq materialları Rusiya Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Moskvanın Basman rayon Məhkəməsi bu ilin noyabrın 11-də T.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçib. O, iki nəfərin qətlində şübhəli bilinir və həbs-qətimkan tədbiri həmin cinayət iş üzrə qəbul edilib. T.İsmayılovun özü prosesdə iştirak etməyib və həbs-qətimkan tədbiri qiyabi formada çıxarılıb. Biznesmen qanunsuz silah dövriyyəsində də ittiham olunaraq beynəlxalq axtarışa verilib.

T.İsmayılov qardaşı Vaqiflə birlikdə Türkiyəni tərk edərək Fransaya gedib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam