Yenixeber.org: Prezident İlham Əliyev Yaşar Qəhrəman oğlu MəmmədovunQuba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb. 
Dövlət başçısının digər sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Z.Əliyev əvvələr "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində işləyib. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.