Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycanın baş konsuluna yeni təyinat

Azərbaycanın baş konsuluna yeni təyinat

 

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunub

 

Yenixeber.org: Baş Konsulluqdan verilən məlumata görə, N.Ağayev səlahiyyətlərinin icrasına başlayıb.

Məlumata görə, Azərbaycanın baş konsulu noyabrın 29-da Los-Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los-Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd edək ki, LAKK ABŞ-ın Los-Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu-York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.

Bildirilib ki, LAKK-ın duayeni Los-Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, ştat və federal qurumlarla, eləcə də, digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Xatırladaq ki, 2005-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam