Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğula bəraət verildi

150 min manatlıq dələduzluqda təqsirləndirilən ana-oğula bəraət verildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Ceyhun Yusifov müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən şəxslər də məhkəmədə son söz deyərək günahsız olduqlarını bildiriblər. Sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Dostumalıyevaya bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Digər şəxsə də bəraət verilib.

Qeyd edək ki, onlar Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunublar. Barəsində həbs-qətimkan tədbiri seçilən K. Dostumalıyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. K. Yusifov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam