Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda qarğalar niyə çoxalıb?

Bakıda qarğalar niyə çoxalıb?

 

“Təbiətdə bəzi canlılar var ki, onların insandan zəhləsi gedir. Bilirlər ki, insan onların rəqibidir və təhlükəlidir. Bəzi canlılar da var ki, onlar tənbəlliklərindən insanların məişət tullantıları ilə qidalanırlar. Bunlardan da biri qarğadır. Əslində qarğaların çox ağıllı canlı olmaqdan savayı, bizə faydası çoxdur. Qarğalar Bakının sanitarlarıdır”

 

Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a müsahibəsində deyib.

O, bildirib ki, qarğalar pintiliyin olmasının göstəricisidir: “Şəhərdə nə qədər zibil çoxalacaq, qarğalar da çoxalacaq. Qarğalar zibil yeşiklərinin kənarında olan tullantılarla qidalanır. Qarğalar olmasa, o tullantılar orada çürüyəcək, çoxalacaq və virus yayılacaq – vərəm, taun, tuberkulyoz artacaq. Qarağalar isə bu tullantılarla qidalanır və üzvi maddələri öz orqanizmində saxlayır. Yəni, qarğaya pis baxmaq lazım deyil. Qarğaları azaltmaq istəyiriksə, ərzaq tullantılarını azaltmalıyıq.

Bir zamanlar Bakıda köhnə dəyirman var idi. Orada elə siçovullar var idi, deyirdilər ki, guya onlar uşaqları da yeyər. Oranı təmir edəndə dedilər ki, bu siçovullar şəhərə yayılacaq və insanları qıracaq. Amma keçid dövrü oldu, insanlar çoxaldı və belə bir şey olmadı. Ora əvvəl un zavodu idi. Un tullantıları olan yerdə siçovullar da çox olar. Lakin indi o siçovulların hara getdiyi, necə olduğu bilinmir”.

E. Yusifov onu da qeyd edib ki, inanclarda deyildiyi kimi qarğalar 300 il deyil, 80 il yaşayır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam