Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Metronun “Sahil” stansiyasıSÖKÜLÜR?

Yenixeber.org: 2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası ilə bağlı iki iddia sələndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açıqlacaqsa belə, onun üzərində yerləşən bina söküləcək... Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradır. Modern.az suallara aydınlıq gətirməsi üçün rəsmi quruma müraciət edib.

 

 

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O,  metronun “Sahil” stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib:

 

 

Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını bildirib:

“Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı "LT-3" tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli dörd eskalatoru quraşdırılacaq”.

 

N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

 

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam