Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ailələr tikinti şirkətinə qarşı üsyan edir

 

   Daha bir söküntü və daha bir narazılıq, etiraz, haqqın tapdalanması... 

   "Xeberinfo.com": Nizami rayonu Qara Qarayev küçəsi, Tofiq Abbasov 38-A ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının sakinləri etiraz edir. Onların etirazlarının səbəbi həmin binanın “İmperial-AS” MTK şirkəti tərəfindən sökülmək istənməsi və onlara təklif edilən kompensasiyanın az olmasıdır. 

Şikayətlə bağlı adı çəkilən ünvanda olduq. Diqqətimizi ilk olaraq çəkən şey kəsilən ağaclar idi. Şirkət tikinti zamanı bir çox ağacları kəsib, binanın bir çox hissəsinə zərər yetirib. Kəsdikləri ağaclar az deyilmiş kimi, geridə qalan ağacları da kəsəcəklərini bildiriblər. 

Şikayətçi sakinlərlə görüşdük. Öyrəndik ki, bu binada 9 ailə yaşayıb. Onlardan 7 ailə köçürülüb. Geridə isə iki ailə qalıb.

Şikayətçi ailələrdən biri olan Fazilə Quliyeva deyir ki, şirkətin təklifi onları qane etmir: “Bir müddət öncə “İmperial-AS” MTK şirkəti bizim binanın arxasında tikinti işlərinə başladılar. 3 ay öncə isə bizim binanı sökmək qərarına gəldilər. Bu binada 9 ailə yaşayırdı. Onlardan yeddisi ilə razılaşdılar. Bir yolla başlarını aldatdılar. Qaldıq biz iki ailə. Biz razılaşmadıq. Çünki təklif edilən kompensasiya çox azdır. Biz qaçqın ailəsiyik. Onsuz da, düşmən bizi doğma el-obamızdan çıxardıb. İndi də buradan zorla çıxası deyiləm. Mən 92-ci ildən bu evdə yaşayıram. Harasa çıxıb getmək fikrim olmayıb. İndi deyirlər ki, evinizi bizə satın. Üstəlik, təklif etdikləri şərtlər bizə sərf etmir”. 

F.Quliyeva onu da bildirdi ki, şərtlər onlara sərf edənə qədər evlərini satmaq fikirləri yoxdur: “Mən oğluma bu evdə toy eləmişəm. Evimi yenicə təmir etmişəm. Mənim evimi satmaq fikrim olmayıb. Onlar gəlib deyiblər ki, evimi onlara satım. Ona görə də mənə elə bir şərtlər təklif etməlidirlər ki, bu bizə sərf eləsin. Mənim evimə 80 min manat pul təklif edirlər. Bu pula mən harada ev ala bilərəm? Üstəlik, indi metronun düz yanında yaşayıram. İşim də evimə yaxındır. Bizə sərf edən təklif irəli sürməsələr, evimizi satan deyilik”.

Məmməd Quliyev bildirdi ki, şirkəti məhkəməyə verəcəklər: “Başa düşürəm ki, digər evləri alıblar. Amma biz buradan çıxmamış onlar bu binaya toxuna bilməzlər. Bu qanunla da belədir. Amma buna baxmayaraq, artıq qonşu evləri söküblər. Balkonları söküblər. Ən əsası binanın tavanını söküblər. Yağış yağan kimi bütün evimizə tökülür. Pilləkənlərin üstü mismarla, taxta parçaları ilə doludur. Gedib-gəlmək olmur. Bütün bunlar bizə təzyiqdir ki, bezək və evimizi bunlara sataq. Özlərini yormasınlar. Haqqımızı tapdalaya bilməyəcəklər. Hara lazımdırsa şikayət etmişik. Vəkilimiz də var. Məhkəməyə də müraciət edəcəyik”. 

Sevil Həsənova deyir ki, onları evdən çıxarmaq üçün şirkət tərəfindən təzyiqlər edilir: “Artıq yeni üsullara keçiblər. Keçən gün evimizə polis gəlmişdi. Kimsə onlara şikayət edib ki, guya bizdə səs-küydür, dava-dalaş gedir. Gəldi gördü ki, hər şey normaldır. Bu da onların işidir. Bizə bir yolla təzyiq göstərmək istəyirlər. Bizim evə 60 min manat təklif edirlər. Bu pulla o, özü haradasa ev ala bilər? Bu mümkün deyil. Verdikləri pulun yarısı evin təmirinə xərclənən məbləğdir. Bu bizə heç cür sərf etmir. Tikdikləri binada ev təklif edirlər. Verəcəkləri evin hansı şəraitdə olacağı artıq məlumdur”. 

Sakinlərin sözlərinə görə, binanı “İmperial-AS” şirkəti yararsız hala salıb: “Bizə dedilər ki, “İmperial-AS" bizim ərazini alıb. Sakinlərlə də görüşüb bazar qiymətlərinə uyğun kompensasiya verəcəklər. Bir müddət keçəndən sonra məlum oldu ki, tikinti şirkəti bizim binanı “yararsız haldadır” adı ilə sənədləşdirib. Halbuki bu bina sovet vaxtı tikilib və çox möhkəm binadır. İkincisi, binanın yararsız olması ilə bağlı heç vaxt ekspertiza əraziyə gəlməyib, yoxlama aparmayıb. Bakıda zəlzələ olanda biz mənzilimizdə hiss etmədik. Çünki möhkəm tikilib. Yararsız halda deyildi, ancaq indi yararsız hala salıblar". 

Məsələ ilə bağlı adı çəkilən “İmperial-AS” MTK şirkətində olduq. Bizə özünü Rasim kimi təqdim edən amma əslində isə adı Arif Mustafayev olan şirkətin səlahiyyətli şəxsi suallarımızı cavablandırdı. 

A.Mustafayev bildirdi ki, onlar həmin iki mənzil üçün çox yaxşı şərtlər təklif ediblər: “Bu bina yararsız binadır. BŞİH tərəfindən bu binanın sökülməsi və yerində çoxmərtəbəli binaların tikilməsi bizə verilib. Biz də qaydalara uyğun olaraq hərəkət etmişik. Həmin mənzillərin sahiblərinə təklif etmişik ki, mənzillərini bizə satsınlar. Biz onlara iki il ərzində kirayə qalmaqları üçün aylıq 300 manat ödəyək və yeni binada mənzillər verək. Həmin mənzillər indiki evlərindən daha böyük olacaq. Amma razılaşmırlar”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam