Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib

 

Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib

Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub. Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb.

Heyətlərin bacarığı və hərbi texnikanın imkanları döyüş təyyarələrinin uçuşlarının təqlid edilməsi və hava hədəflərinə qarşı döyüş işinin aparılması ilə yoxlanılıb. Bölmələr dağlıq relyef və mürəkkəb radioelektron maneə şəraitində sürətli hava hədəflərini vaxtında aşkarlayaraq dəqiq atəşlə məhv edib.

Təlimlər bitdikdən sonra bölmələr daimi yerləşmə məntəqələrinə qayıdıb.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam