Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabiq bələdiyyə sədrinin müavinin küçə "razborka"sı– VİDEO

Sabiq bələdiyyə sədrinin müavinin küçə "razborka"sı

 

Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Babayevingecə vaxtı ''razborka''sı görüntülənib. Hadisə şahidi iddia edir ki, R.Babayev idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı, "Gelandewagen-Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib

 

Yenixeber.org: Videodakı hadisənin bir neçə gün əvvəl Nizami rayonu, Qara Qarayev prospektində baş verdiyi iddia olunur.

R.Babayev "8-ci kilometr" bazarı yaxınlığında prospektdə "Gelandewagen"lə hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobillə bir-birinə yol verməmək üstündə münaqişə yaranıb. 

Əsəbiləşən iş adamı metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Dakar" meydanında öz avtomobili ilə "VAZ-2107"-nin qarşısını kəsib. Avtomobildən düşən R.Babayev "Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar", -  deyərək sürücünün üstünə hücum edib. 

Hadisə şahidləri R.Babayevi sakitləşdirib avtomobilinə tərəf aparsalar da, o, "VAZ-210"-nin sürücüsünü başqa yerə apararaq məsələni "çürütmək" istəyir. R.Babayevin metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, "X-man" geyim mağazalarının, eyni zamanda ''Dostluq'' kafesinin sahibi olduğu deyilir. R.Babayev "PSS-Mühafizə" şirkətinə də rəhbərlik edir. Bundan başqa, R. Babayevin adı mətbuatda "ağacların qənimi" kimi hallandırılıb. 

kriminal.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam