Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda yol polisinin “bonusu”– Bunun üçün daha çox cərimə yazılır?

Azərbaycanda yol polisinin “bonusu”

 

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur

 

Yenixeber.org: Ərazi üzrə təhkim olunmuş yol polisi əməkdaşları gün ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan sürücülərə müxtəlif cərimələr yazır, yaxud da yerində cərimə tətbiq etməklə inzibati protokol tərtib edirlər. Polislərə yazılan 25 faizlik “bonus” gün ərzində onları daha çox cərimə yazmağa sövq edir. Bu minvalla onlar daha çox cərimə yazmağa və “bonus” qazanmağa çalışırlar. Şərti olsa da, deyə bilərik ki, yol polisi “plana” işləyir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə bu fikirlə qəti surətdə razılaşmır: “Siz düşünürsüznüz ki, biz plan qoymuşuq?! Bu, belə deyil. Ümumiyyətlə, bu sualın təbliğata aidiyyəti yoxdur”.

V.Əsədov deyib ki, müəyyən olunan cərimələrdən daxil olan vəsaitin 25 faizinin polis əməkdaşının maaşına yazılması bu iddiaları səsləndirməyə əsas vermir.

 modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam