Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

20 noyabr Qarakənd faciəsi anılıbBSU-da

 

20 noyabr Qarakənd faciəsi anılıb

 

 

BSU-da 20 noyabr Qarakənd faciəsi anılıb

 

 

Yenixeber.org: Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Qarakənd faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Ermənilər tərəfindən Azərbaycan və türk xalqlarına qarşı törədilmiş terror aktları- XIX-XX əsr” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov bu istiqamətdə BSU-da mütəmadi olaraq elmi seminarların, konfransların keçirildiyini vurğulayıb. Tarix boyu türk xalqlarına qarşı törədilən terror aktları barədə söhbət açan R.Novruzov ermənilərin bütün dünya dövlətlərinin gözü qarşısında işğalçılıq siyasəti yürütdüyünü deyib. O, indiki texnologiya əsrində müasir dövr gənclərlərinin informasiya müharibəsi aparmaq imkanlarının geniş olduğunu vurğulayaraq gənc nəsli öz tarixini unutmamağa, onu təbliğ etməyə səsləyib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Erməni terroru-tarixin qanlı səhifələri” (XIX-XX əsr) adlı geniş məruzəsində 1991-ci ilin 20 noyabrında baş verən Qarakənd faciəsi barədə ətraflı məlumat verib. O, həmin faciənin ertəsi günü (21 noyabr) törədilən terrorun baş verdiyi əraziyə baxış zamanı şahidi olduğu mənzərəni ürək ağrısı ilə xatırlayaraq deyib: “Yetişdirməkdə olan gənc nəsil, xalqımız, eləcə də dünya ictimaiyyəti bilməlidirlər ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlər təkcə 20 yanvar, Xocalı soyqırımı, Sumqayıt hadisələri ilə məhdudlaşmır. Ermənistan-Azərbaycan münaqişəsinin dərin kökləri vardır. Əsası Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi ilə başlamış bu proses 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə azərbaycanlıların kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir”. Mövzu ilə bağlı ətraflı çıxış edən Sadir Məmmədov nitqini Prezident İlham Əliyevin sözləri ilə tamamlayaraq deyib: “Terrorizm Ermənistanın həyata keçirdiyi siyasətin tərkib hissəsidir”. Vaxt gələcək biz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş doğma torpaqlarını azad edəcəyik.

Sonra 20 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd ərazisində M-8 N-72 hərbi vertolyotunun ermənilər tərəfindən vurulması və hadisə yerinə baxışın video görüntüləri nümayiş olunub.

Sonra Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası nəzdində “Gənc azərbaycanşünaslar” dərnəyinin üzvlərinin mövzu ilə bağlı məruzələri dinlənilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Cəfərova Fidan “Erməni təcavüzkarlığı”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Vüsalə İsmayılova “Aprel döyüşləri”, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Fatimə Əliyeva “Erməni soyqırımı”, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Rahim Mirzəcan “Xocalı soyqırımı” adlı məruzə ilə çıxış ediblər.

BSU-nun Mətbuat Xidməti

 

20 noyabr Qarakənd faciəsi anılıb
20 noyabr Qarakənd faciəsi anılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam