Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

ABŞ Türkiyəyə alternativ dövlət yaradır- Analitik

ABŞ Türkiyəyə alternativ dövlət yaradır

 

 

Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu

 

Yenixeber.org:   Bu sözləri analitik Vüqar Zifəroğlu Səudiyyə Ərəbistanında son baş verən proseslərə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, əslində dəyişikliyin əsası hələ iyun ayında qoyulmuşdu:

“Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırıb, yerinə özünün 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi. Vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət bəsləyəcəyinin göstəricisi kimi qiymətləndirilə bilər. Məhəmməd bin Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi. Yəni bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu, həm də islam ümmətinin içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı məsələ idi. Bu, ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu”.

Analitik bildirib ki, yeni və regionda itirilmiş mövqelərin qaytarılmasını hədəfləyən sərt xarici siyasət kursunun davamlı və əsaslı olmasını şərtləndirən ən vacib məqam, şübhəsiz ki, daxildə münbit mühitin təmin edilməsidir:

“Beləliklə də Məhəmməd bin Salmanın “korrupsiya ilə mübarizə kampaniyası” start götürmüş oldu. 10 şahzadə və 12 keçmiş nazir həbs edildi. Həbs edilənlər arasında istər hərbi dairələrdə nüfuzu (Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əs-Sultan), istərsə də ciddi iqtisadi kapitalı olan (Vəlid bin Talal, Məhəmməd əl-Amudi, Saleh Kamil, Süleyman əl-Rajhi, Bəkr bin Ladi) şahzadələr də, həm də taxta gedən mürəkkəb yolda rəqiblər də var. Hələ bu azmış kimi, helikopter qəzasında ölən şahzadə (Mənsur bin Muqrin), onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilən şahzadə (Əbdüləziz bin Fahd) də var. Və bütün bu olanların fonunda Amerikanın dövlət orqanları, xüsusilə də hərbi və kəşfiyyat strukturlarının hər zaman dəstəyini qazanmış olan məhşur “Vaşinqton Post”da vurğulanır ki, Məhəmməd ibn Salman yeni ölkə yaratmaq niyyətindədir”.

Analitik vurğulayıb ki, hazırda Səudların daxilində baş verənləri Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sisteminin tamamən sırada çıxarılması kimi xarakterizə etmək olar:

“Şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır. Şübhəsiz ki, bu zaman amerikalıların baş verən dəyişiklikləri dəstəkləməsi də ön plandadır. Tramp vəliəhdi təriflə təqdim edir. Amerikalılar qarmaqarışıq Yaxın Şərqə yeni siyasi lider və ölkə hazırlamaqdadırlar. Şahzadə Məhəmməd təqribən 20 gün əvvəl nüfuzlu “Qardian”a müsahibəsində bildirir ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan islama qayıdır. Əslində şahzadənin ölkənin “mülayim islama keçəcəyi” barədə çıxışı yeni imicin vacib elementidir. Təbii ki, uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ, avtomobil sürməsinə icazə verilməsi bu imici möhkəmlətmək üçün atılan addımlardır”.

Analitik qeyd edib ki, daxildə gedən bu dəyişiklikər istər-istəməz öz xarici təsirlərini də göstərmiş olur:

"Səudların daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi husilər Yəməndən Səudlara ballastik raket “yollayırlar”. Və bütün bunlar isə Livanın baş naziri Saad Həriri isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı Hizbullah hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Ən maraqlısı bütün bunlardan sonra livanlı eks-baş nazir, Qətər böhranından bu yana Yaxın Şərqin az qala “boz kardinalı” funksiyasını yerinə yetirməkdə olan Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktki olaraq ciddi strateji müttəfiqi hesab edilir”.

Analitikin sözlərinə görə, əslində ilk baxışda “ərəb saçı” kimi qarışıq olan son ərəb hadisələri regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir:

"Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olmuş İran və eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə alternativ və eləcə də islam sivilizasiyasında ənənəvi “ümmət” rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudlar yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu həm “şiə inqilabı”nın ixracatçısı olan İrana qarşı ənənəvi sünnilərin dəstəkləyəcəyi qüvvə, həm də neo-osmançılıq vurğusana üstünlük verən rəsmi Ankaraya qarşı neo-xilafət ənənəsini ortaya qoyacaq peyğəmbər əmanətinin “qoruyucuları" olmalıdır. Təbii ki, Qərbə də yönəlik mesaj var: mülayim islam. Bir sözlə, müasir proqramçıların dili ilə desək, səudları “update” edirlər".

Xatırladaq ki, Kral Salman ibn Əbdüləziz əs-Səud qərarı ilə 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. Daha sonra isə Kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın yaradılmasından bir neçə saat sonra həbslərin həyata keçdiyi bildirilir.

Əbdüləzizin 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam