Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda quldurluq edən futbolçunun məhkəməsi başlanıb–İran vətəndaşını soyublar

 

 

 

Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Onlardan biri gənc futbolçudur

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. Qeyd edək ki, 3 nəfərdən yalnız Məhərrəm Məhərrəmov barəsində həbs-qətimkan tədbiri seçilib və müttəhimlər kürsüsünə çıxarılıb. O.Atayev və M.Məmmədov barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilsə də onlar sonradan azadlığa buraxılıblar.

Gənclərin həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilirdi ki, bu ilin avqust ayının 1-də Binəqədi rayonunun Fatmayı qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək onlardan 750 manat pul alıblar.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən adıçəkilən şəxsər saxlanılıb. Onlar İran vətəndaşının şikayəti əsasında cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda məhkəmələri davam edən gənclər əməllərindən peşman olduqlarını deyirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində təqsirləndirilən şəxslərə son söz verilib. Məhərrəm Məhərrəmov və Orxan Atayev son söz üçün məhkəmədən vaxt istəyib.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən Miqdar Məmmədov son sözünü deyib. O, futbolçu olduğunu, bu əməlinə görə karyerasında uğursuzluqla üzləşdiyini söyləyib.

M.Məmmədov bildirib ki, əməlindən çox peşmandır və bağışlanılmasını istəyib: “Bu hadisədən sonra bir neçə ay idmandan kənarda qaldım. Futbol karyeram bitmək üzrə idi. Amma yenidən məşqlərə başlayaraq əvvəlki vəziyyətə qayıtmağa çalışıram. Bu əməlimdən çox peşmanam. Böyük bir səhv etmişik. Məhkəmədən bizi bağışlamasını istəyirik”.

Məhkəmə prosesi davam edir. Növbəti prosesdə digər şəxslər də son sözlə çıxış edəcəklər və məhkəmə onlar barəsində hökm elan edəcək. Baş verən quldurluq hadisəsinin təfərrüatı haqda bildirək ki, 3 gənc kafedə oturub çay içirmişlər. Tanımadıqları iki nəfər də kafeyə daxil olaraq yan masada əyləşiblər. Bir müddət sonra onlar arasında münasibət yaranıb və söhbət etməyə başlayıblar.

Daha sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər. Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içiblər. Hesabın 750 manat olması yeni tanışların necə deyərlər ləzzətini qaçırıb. Əsasən də İran vətəndaşının… O, bu qədər hesabı ödəməkdən imtina edib və yalnız özünün və tanışının payına düşən pulu ödəyib.

Gənclərdən Məhərrəm Məhərrəmov da telefonunu girov qoyaraq qalan məbləği gətirməyə gedib.

Onlar kafedən birlikdə çıxıblar. Binəqədi rayonunun Fatmayi qəsəbəsinə çatanda onlar mübahisə ediblər. 3 gənc dost Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. Polis əməkdaşları tərəfindən saxlanılan gənclər əməllərini etiraf ediblər. Məlum olub ki, saxlanılanlardan Miqdar Məmmədov Məhərrəm Məhərəmovun qaynıdır. Məhərrəm Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

O, ilk ifadəsində deyib ki, yeni tanış olduqları şəxslər hesabı verməyiblər və mübahisə də bu zaman yaranıb: “Dedilər ki, bizlik deyil, biz ikimizin pulunu verəcəyik. Sonra bunları götürüb, evlərinə apardıq. Mən telefonu "zaloq" qoydum ki, pulu verib götürərəm. Yolda dedim ki, maşını saxlasın. Düşdük, onlarla dalaşdıq. İranlı pulu qaynıma verdi, mən də ondan götürdüm".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam