Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir

 

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dən 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq

 

Yenixeber.org: Komitədən  verilən məlumatda qeyd edilib ki, səfərin məqsədi yerli bələdiyyələr və özünüidaretmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir.

Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfəri planlaşdırılır.

Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüşün keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam