Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkili: Nə deyəcəyimi bilmirəm– Direktor əxlaqsızlığı

Millət vəkili: Nə deyəcəyimi bilmirəm

 

 

 

Deyəsən, XXI əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq

 

Yenixeber.org:  Bu sözləri millət vəkili Qənirə Paşayeva dünən Xaçmaz rayon Arzu kəndində orta məktəbin 6-cı sinif şagirdinə qarşı direktorun əxlaqsız təklif etməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, hələ də xəbərin təsirindən özünə gələ bilməyib:

“Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı və bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. Açdım xəbərləri oxudum və şoka düşdüm. Nə yazım, heç özüm də bilmirəm. Sadəcə şokdayam. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik. Ümumiyyətlə təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insana dərs olmalıdır. Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır. Övladlarımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır”.

 

Qeyd edək ki, Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı məktəbin direktorunun əxlaqsız hərəkətlər etdiyi iddia edilmişdi. Bundan sonra rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi əxlaqsız hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam