Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda uğurlu əməliyyat:Uşağa süni cinsiyyət orqanı tikildi

Azərbaycanda uğurlu əməliyyat:

 

 

 

 

Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub

 

Yenixeber.org:Medicina.az saytın xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.

Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.

APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.

Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.

Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.

Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.

Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan, sadəcə, sidik ifrazında rol oynayacaq.

Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.

 

“Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah “mümkündür” cavabını verib: “Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalanma ilə pasiyentin ata olmasını təmin etmək olar”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam