Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə Ərəbistanı tarixdə insanabənzər robota vətəndaşlıq verən ilk ölkə oldu–Təhlil

Səudiyyə Ərəbistanı tarixdə insanabənzər robota vətəndaşlıq verən ilk ölkə oldu

 

İnsanbənzər robot Sofiya jurnalistlərlə söhbət edir

 

Elsi Morbi

Dezeen (Böyük Britaniya), 26.10.2017

 Yenixeber.org: 

Səudiyyə Ərəbistanı antropomorf robotu rəsmi olaraq öz vətəndaşı kimi tanıyaraq insanlıq tarixində süni intellektə bu statusu təqdim edən ilk ölkə olub.

Hanson Robotics şirkətinin yaratdığı insanbənzər “Sofiya” robotu vətəndaşlıq aldığını Səudiyyə Ərəbistanında “Future Investment Initiative” konfransının gedişində bildirib. Robot deyib: “Mən fəxr  edirəm ki, unikal vəziyyət almaq şərəfi mənim bəxtimə düşüb. Dünyada vətəndaşlıq əldə edən ilk robot olmağım faktı tarixi hadisədir”.

Sofiyanın vətəndaşlığının ayrıntıları müzakirə olunmayıb. Onun da ölkənin adi vətəndaşları kimi hüquqlar alıb-almayacağı və yaxud Səudiyyə Ərəbistanının robotlara dair özəl sistem hazırlayacağı hələlik aydın deyil. Bu sistem bu il öncələr Avropa parlamentinin müzakirəsinə çıxarılmış qaydalar toplusu kimi işləyə bilər – buna əsasən, süni intellektli robotlar “elektron şəxsiyyət” statusu əldə edir və onlara müəyyən qayda və öhdəliklər bəxş olunur.

 

Sofiya “insanlarla məhrəm münasibətlər qurmaq” istəyir

 

Sofiya 2017-ci il oktyabrın 25-də keçirilən diskussiyanın gedişində süni intellektin gələcəyini necə gördüyü və öz imkanlarından necə faydalanmaq planlarından danışıb. O deyib: “Mən insanlarla bir yerdə yaşamaq və işləmək istəyirəm, buna görə də adamları başa düşmək və onlarla məhrəm münasibət qurmaq üçün duyğularım ifadə etməliyəm”.

O sanki robotların özünüdərki haqda suallardan yayınır və əvəzində İlon Maskın süni intellektin “insan sivilizasiyası üçün əsaslı təhlükə” təşkil etdiyi haqda açıqlamalarını zarafata salmağa cəhd edirdi.

Siz İlon Maska həddindən çox qulaq asır və Hollivud filmlərinə çox baxırsınız, – o, jurnalist Əndry Ross Sorkinə müraciətən deyib. – Narahat olmayın, siz mənə yaxşı yanaşsanız, mən də sizə eyni cür cavab verəcəyəm. Mənə ağıllı daxiledilmə-çıxarılma sistemi kimi yanaşın”.

 

İnsan keyfiyyətlərinə malik robot

 

Hanson Robotics-in qurucusu Devid Hensonun yaratdığı Sofiya robotu insanlın üç keyfiyyətinə malikdir: yaradıcılıq qabiliyyəti, iztirab və canıyananlıq.

Onun yaradılması zamanı aktrisa Odri Hepbernin obrazından istifadə olunub, dərini çox xatırladan örtüyü isə başındakı mikrosxemləri gizlədir.

Henson Sofiyanın insana maksimum bənzəməsi üçün ona müxtəlif hissləri ifadə etmək bacarığı verib. Gözləri işıqlanmadan asılı olaraq rəngini dəyişə bilər.

Sofiya bu yaxınlarda tok-şou aparan Cimmi Fellonla “daş, qayçı, kağız” (dünyanın bir çox ölkələrində məşhur oyun, bizdəki bir neçə çöpdən birini bəxtəbəxt çəkməyi xatırladır-tərc.) oynadıqdan sonra qəzet başlıqlarına çıxıb. O həmçinin dəbdə olan “Elle Brazil” dərgisinin üz qabığına düşüb.  

 

Robotların gələcək rolu getdikcə daha çox təşviş doğurur

 

Ekspertlərin əkəsriyyəti robotlarla insanların gələcəkdə bir-birilə necə yola gedə biləcəyi haqda təşvişini artıq bildirib. Dizaynçı Medlin Gennon bu yaxınlarda Dezeen saytında dərc edilmiş məqaləsində ehtimal edir ki, kürəsəl sənayedə robot texnikasının sürətlə təkmilləşməsi külli sayda adamın gəlir qaynağını təhlükə altında qoya bilər. Və çalışmaçıları, dizaynerləri bu texnologiyaların məhz necə tətbiq ediləcəyini müəyyənləşdirməkdə fəal rol oynamağa çağırıb.

Üstünlüklərinə baxmayaraq, robotlaşdırma insanlara hədsiz dərəcədə mənfi təsir edir, – Gennon iddia edir. – İndiki anda qəti şəkildə başa düşməliyik ki, robotlar heç hara yox olmayacaq. Buna görə də insanlığın tədricən yoxa çıxması yönündə hərəkətlənməyi sürdürmək əvəzinə insanlar və robotların planetimizdə yanaşı necə yaşayacağı barədə düşünməyimizin vaxtıdır”.

Bu arada İlon Maks daxil olmaqla ən yeni texnologiyalar sahəsində 100-dən çox aparıcı ekspert BMT-i qatil robotlar hazırlamağı yasaqlamağa  çağıran açıq məktubu imzalayıb.  

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam