Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycandakı türkiyəlilər prezidentlərini seçir

 

Səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq
 
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları bu gün öz prezidentlərini seçmək üçün səs verməyə başlayıblar.
"Xeberinfo.com": Məlumata görə, bu gün Azərbaycanla yanaşı Bəhreyin, Çexiya, Finlandiya, Şimali Afrika, Gürcüstan, İran, İrlanda, İspanya, Kosova, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna və Yeni Zellandiyada da səvermə keçirilir
Səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.
Qeyd edək ki, xarici ölkələrdə ümumilikdə 2 milyon 801 bin 666 türk seçici yaşayır.
Türkiyə prezident seçkilərində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər.
Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. 
Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq
Qeyd edək ki, bir müddət öncə Türkiyə Mərkəzi Seçki Komissiyası xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının öz prezidentlərini seçmək üçün təyin olunan səsvermə vaxtları açıqlanıb. 
Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarına görə, Almanya, ABŞ, Belçika, Danimarka, Fransa, Hollandiya, İsrail, İsveçre, İtalya, Şimali Kipir Türk Cümhuriyəti, Livan, Norveç, Rumınya, Səudiyyə Ərəbistanı və Türkmənistanda yaşayan Türkiyə vətəndaşları iyulun 31-dən etibarən öz namizədlərinə səs verməyə başlayıblar. 
Kanada, Avstraliya və Rusiyada səsvermə prossesi 31 iyul və 2 avqust tarixlərində baş tutub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam