Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkar edildi

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkar edildi

 

21 oktyabr 2017-ci ildə İtaliya Respublikasından Azərbaycan Respublikasına idxal edilən “Pittosporum tobira Ball” adlı dekorativ bitkilərdə növbəti dəfə karantin tətbiq edilən zərərli orqanizm aşkar olunub

 

Yenixeber.org: Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bakı-Abşeron rayonlararası Bitki Karantin Məntəqəsinin müfəttişləri tərəfindən həyata keçirilən növbəti fitosanitar baxış zamanı götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı aşkar edilmiş zərərli orqanizmin karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskel, 1878) olması təsdiq edilib.

Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə, Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici, Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar.

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliya Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına növbəti dəfə notifikasiya göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam