Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nümayəndələrin fəaliyyətini məhdudlaşdıran layihə niyə MM-nin gündəliyindən çıxarıldı?

Nümayəndələrin fəaliyyətini məhdudlaşdıran layihə niyə MM-nin gündəliyindən çıxarıldı?

 

Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin Milli Məclisin (MM) gündəliyindən çıxarılmasının səbəbi məlum olub

 

Yenixeber.org: “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilməməsinin səbəbi Azərbaycanda vəkillərin sayının az olması ilə bağlıdır.

Qərara gəlinib ki, əvvəlcə vəkillik institutu inkişaf etdirilməli, vəkillərin sayı artırılmalı, sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmalıdır. Beləliklə, layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəsi gözlənilmir.

Belə ki, ölkədə vəkillərin sayı 1000-ə yaxındır. Yəni, Azərbaycanda 10 min nəfərə cəmi bir vəkil düşür. Azərbaycanın regionlarında isə 250 civarında vəkil fəaliyyət göstərir. Bir sıra məhkəmə çəkişmələrində nümayəndənin vəkillə əvəz edilməsi problemlər yarada bilər.

Müqayisə üçün deyək ki, Azərbaycanda vəkillərin sayı bəzi post-sovet ölkələrindəki vəkillərin sayından azdır. Məsələn, qonşu Gürcüstanda vəkillərin sayı Azərbaycandakından 4 dəfə çoxdur.

Qeyd edək ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar - vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulurdu, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilirdi. Bundan başqa, layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam