Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Prezidentin dünyaya verdiyi mühüm mesaj...

Prezidentin dünyaya verdiyi mühüm mesaj...

 

İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan və Türkiyənin qardaş ölkə olaraq eyni mövqedən çıxış etməsi əslində dünyaya çox mühüm mesajdır

 

Yenixeber.org: Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili Bakı və Ankaranın güclənən mövqeyinindövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsiplərinə söykənməsindən irəli gəldiyini qeyd edib:

“Bu baxımdan da D-8 sammiti və orada islam dövlətləri ilə mühüm razılaşmaların əldə olunması Azərbaycan üçün üçün çox böyük əhəmiyyətə malikdir. Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu, qəti və prinsipial mövqeyini bir daha dünyaya çatdırdı. Hesab edirəm ki, aparıcı dövlətlər ədaləti üstün tutmalı və ölkəmizin haqlı mövqeyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində hərəkətə keçməlidirlər. D-8 sammiti nəinki islam, eyni zamanda, dünya dövlətləri üçün də çox mühüm əhəmiyyət kəsb edir.Sammitdə ölkə başçısı tərəfindən Azərbaycanın islam dünyasına verdiyi töhfələr və münasibətlərin bundan sonrakı inkişaf istiqamətlərini açıqlandı. Prezident vurğuladı ki, Azəbaycan bütün imkanlarından istifadə edərək islam birliyinə öz töhfəsini bundan sonra da verməyə davam edəcək. Düşünürəm ki, digər islam dövlətləri də dünya birliyi üçün sülhməramlı addımlar atmalıdırlar. Zənnimcə, müsəlman ölkələrinin əsas hədəfini islam dünyasının birliyi və islamafobiyanın yayılmasının qarşısının alınması istiqamətində qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması təşkil etməlidir”.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam