Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bu nömrələrə defis qoyulmayacaq –Diqqət

Bu nömrələrə defis qoyulmayacaq –

 

 

 

 

 

İki sətirdə yazılan nömrələrə defis qoyulması vacib deyil. Buna görə sürücüyə heç bir cərimə düşmür

 

 

Yenixeber.org: Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hansı dövlət nömrə nişanlarına defis qoyulmalıdır sualına cavabında bildirib. Ekspert qeyd edib ki, nömrələrdə defislərin bərpa edilməsi bütün dövlət qeydiyyat nişanlarına aid deyil. Yəni bu nömrənin qeyd edildiyi hövhənin formasından asılıdır:

“Bir qədər daha enli nömrə lövhələri var. Yəni iki sətirdə yazılan nömrələr. O tip nömrələrə defis əlavə edilməsi vacib deyil. Buna görə heç bir Dövlət Yol Polisi əməkdaşı sürücünü cərimələyə bilməz. Defislərin bərpası ancaq uzunsov və bir sətirdən ibarət olan nömrələrə şamil edilib”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, bəzi sürücülər nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Nömrələrdəki defisləri bərpa etmək üçün sürücülərə verilən 1 aylıq möhlət bitdikdən sonra tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəyə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam