Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

AMEA-da daha bir dəyişiklik–Yeni təyinatlar oldu

AMEA-da daha bir dəyişiklik

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

 

Yenixeber.org: AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və Gənclər üçün Prezident təqaüdünə namizədlər iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda məruzə ilə çıxış edib. 

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin institutun elmi katibi, Sərvər Şirinovun Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi vəzifələrinə təyin olunmaları, həmçinin Nizami Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyətində vəsatət qaldırılması qərara alınıb.

Tədbirdə kadr məsələlərinə də baxılıb. Bölmə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri vəzifəsinə təsdiq edib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əyani doktorantı Ədibə İsmayılovanın isə qiyabi təhsil formasına keçirilməsi qərara alınıb 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam