Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Millət vəkili AŞPA-da dünya dövlətlərinə səsləndi

Millət vəkili AŞPA-da dünya dövlətlərinə səsləndi

 

Millət vəkili Qənirə Paşayeva AŞPA-da İraq və Suriyada yaşayan türkmanların ağır vəziyyətindən danışıb

 

Yenixeber.org: Millət vəkili sözügedən bölgələrdə yaşayan türkmanların beynəlxalq təşkilatlardan dəstək gözlədiyini bildirib. Qənirə Paşayeva Türkiyənin İraq və Suriya sərhədində İŞİD zülmündən qurtulmuş qaçqınların durumu ilə bağlı çağırış edib:

“İraq türkmanlarının təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri İŞİD-in İraqda türkmanların yaşadığı bölgələrdə etdiyi dəhşətli cinayətlərdən bəhs ediblər. Onlar AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD-lə mübarizə məsələsində onlara dəstək verilmədiyini söyləyiblər və sizə çağırış ediblər. Təxminən 20 gün öncə Suriyadan qaçaraq Türkiyənin sərhəd bölgəsindəki Hatay vilayətindəki qaçqın düşərgəsinə sığınan insanlarla görüşdük. Suriyanın Türkmandağı və Bayırbucaq bölgələrindən bura sığınan qaçqınlar da vəziyyətdən şikayətləndilər və İŞİD-lə mübarizədə beynəlxalq təşkilatların, Avropa ölkələrinin fəal rol oynamamasından şikayət etdilər”.

Millət vəkili bildirib ki, İraq və Suriya qaçqınları həm İŞİD-lə mübarizədə, həm də qaçqınlara sahib çıxma məsələsində ən çox qonşu Türkiyənin dəstəyini hiss etdiklərini vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam