Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ Ermənistan ordusunun silahlanmasına kömək edir-ABŞ generalı

 

ABŞ Ermənistan ordusunun silahlanmasına kömək edir

            "Birləşmiş Ştatlar Ermənistan ordusunun silahlanmasına kömək edir"

Yenixeber.org: Erməni KİV-lərinə istinadən xəbərə görə bu barədə ABŞ-ın Kanzas ştatının Milli Qvardiya komandiri, general-mayor Li Tafanelli bildirib.

Generalın sözlərinə görə, Ermənistandan Kanzasa artıq iki ildir ki, hərbçilərin qrupu gəlir. Onlar orada amerikalılı hərbçilərlə birgə qalır və təlim keçirlər.

"Biz Ermənistana bir sıra sahələrdə öz müdafiəsini gücləndirməyə, o cümlədən fövqəladə halların idarə olunmasında kömək etmək istəyirik"- amerikalı general deyib.

Ümumiyyətlə, Ermənistan və Kanzas Milli Qvardiyası 14 ildir ki, hərbi əməkdaşlıq edir. Generalın bildirdiyinə görə, müdafiə sahəsində Ermənistan-ABŞ hərbi əməkdaşlığı əsasən humanitar sahədə cəmləşib, hətta hərbçilər Ermənistanda qocalar evlərini təmir ediblər.

Li Tafanelli ABŞ-ın Ermənistan ordusunda həkim və sülhməramlılarının hazırlaması, o cümlədən silahlanmaya kömək etdiyini də etiraf edib. 

General Tafanellinin sözlərinə görə, Birləşmiş Ştatlar erməni əsgərlərini NATOqoşunlarının yüksək standartlarına uyğun hazırlayır. 

"ABŞ-ın məqsədi regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, o cümlədən demokratiya və azad bazar münasibətlərinin qurulmasıdır"- deyə general əlavə edib.

O, həmçinin Ermənistanın KTMT-yə üzv olması, ərazisində rus hərbi bazasının yerləşməsinə baxmayaraq, bunun aparılan əməkdaşlığa maneə olmadığını və yaxın gələcəkdə Ermənistanla əməkdaşlığın davam edəcəyini vurğulayıb.(azvision)

Alpər Mövlüdoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam