Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Bakıda beynəlxalq neft sammiti başladı

 

Bakıda "Argus" beynəlxalq qiymət agentliyinin baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirdiyi beynəlxalq neft sammiti işə başlayıb

 

Yenixeber.org: 2 gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biridir və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirib.

Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.

Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, "Argus"un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, "Argus Media Group"un əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik strukturlarının nümayəndələrinin hesabatla çıxış edəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam