Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“ABŞ hökuməti yaranan viza böhranına görə məsuliyyət daşıyır”– Ərdoğan

 

receb-tayyib-erdogan-recep-tayyib-erdoganABŞ hökuməti Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə məsuliyyət daşıyır.  NTV telekanalına istinadla  xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Yenixeber.org: “Problemi biz yaratmadıq, bunda ABŞ günahkardır. Əgər səfir özü belə qərar verirsə, ölkə rəhbərliyi onu vəzifədən azad etməlidir. Əgər bizim səfir bu cür etsəydi, onu bir dəqiqə belə vəzifədə saxlamazdıq. Biz onu (ABŞ-ın Türkiyədəki səfiri Con Bass) ABŞ təmsilçisi kimi qəbul etmirik. Nə XİN, nə nazirlərimiz, nə də mən onun vida səfərlərini qəbul etməyəcəyik”, – deyə Ərdoğan qeyd edib.

“ABŞ-ın Baş Konsulluğunda nələrsə baş verməkdədir. ABŞ diplomatik missiyalarında FETÖ casuslarının çalışması bizləri düşünməyə vadar edir. ABŞ hökuməti deyilsə, onları kim ora işə götürüb?”, – deyə prezident bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ötən həftə FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və Türkiyə ilə tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.

Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam