Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda sərnişinlər ölümdən döndü- Görüntülər az öncə gəldi... / VİDEO

Bakıda sərnişinlər ölümdən döndü

 

Bakıda avtomobil "BakuBus" sərnişin avtobusunun yoluna çıxaraq qəza şəraiti yaradıb

Yenixeber.org: "Baku Bus" avtobusunun qarşısına çıxan maşın qəzadan son anda dönüb. Baş verənlər avtobusun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Sözügedən kadrları "BakuBus" MMC nin mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Mansur Piriyev Facebook səhifəsində paylaşıb.

"Yol hərəkəti iştirkçılarının, sərnişinlərin ictimai nəqliyyata, avtobus sürücülərinə olan münasibətlərini, baxışlarını dəyişməyin vaxtı çoxdan çatıb. Xüsusilə fərdi avtomobil sürücüləri, taksilər ictimai nəqliyyat vasitələrinə maneə yaratmamalı, hətta onun normal hərəkəti üçün şərait yaratmalıdırlar. Bütün rəsmi qaydalardan əlavə, ən azı içərisində daha çox insanın olduğunu nəzərə alaraq avtobusun hərəkətinə öncəlik verməlidirlər. Ancaq təəssüf ki, bəzən avtomobil sürücüləri, xüsusilə taksilər avtobusa yol vermir, önünə keçir və ya dayanacağını zəbt edirlər. Sürücü və sərnişinlər arasında baş verən insidentlərin səbəblərindən biri də budur. Əksər sərnişinlər isə bu cür hadisələr zamanı yaranmış vəziyyətdə bütün günahları avtobus sürücüsündə görürlər. Məsələn, təqdim olunan bu videoda avtobus sürücüsü ani olaraq əyləci basmasa qəza hadisəsi baş vercək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir. Həmin sürücü ilə bağlı isə onlarla şikayəti daxil olur və sürücünün cəzalandırılması tələb olunur. Real vəziyyət, hadisənin nədən baş verməsi isə sanki həmin sərnişinlərə maraqlı deyil.

Təbii ki, araşdırma aparılır və videogörüntüyə baxdıqdan sonra sürücünün günahsız olduğunu görürük və təəssüf ki, yenə də bəzi sərnişinlərə izah etmək olmur ki, burada sürücünün günahı yoxdur. Hətta dəvət edib videogörüntüləri əyani şəkildə nümayiş etdirsək belə".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam