Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dələduz "baş redaktor" vəzifəli şəxslərin adından istifadə edib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ata yolu" adlı qəzetin dələduzluqda təqsirləndirilən baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

 

 

Yenixeber.org: Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

S. Nəsirova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Sonra zərərçəkmiş şəxslər ifadə verib.

 

 

Şahmar Quliyev ifadəsində deyib ki, 2016-cı ilin sentyabr S. Nəsirova ev şəraitinin yaxşılaşdıracağını deyərək ondan pul alıb: "Mənə gəlib deyirdi ki, siz Qarabağ əlilisiniz, siz köhnə evdə yaşamamalısınız. Mən sizin yeni ev almanıza kömək edəcəyəm. Bizdən hissə-hissə 4 min manat məbləğində pul alıb. Və qarşılığında heç bir iş görülməyib. Bizə deyirdi ki, mən jurnalistəm. Vəzifəli adamlarla dostam. Deyirdi ki, Milli Məclisin sədri Oqtay Əsədovla yaxın münasibətləri var. Tanışı Elçin adlı şəxsi bizə Oqtay Əsədovun qardaşı oğlu kimi təqdim edib".

Zərərçəkmiş iddia edib ki, S. Nəsirova Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun da adından istifadə edib.

 

Digər zərərçəkmiş Hüseyn Həsənli bildirib ki, SOCAR-a sürücü kimi işə düzəlmək üçün təqsirləndirilən şəxsə pul verib: "O mənə dedi ki, bura işə düzəlmək üçün 1200 manat dövlət rüsumu var. Mən də 1200 manat pulu və sənədləri ona verdim. Samirə Nəsirova demişdi ki, pulu verəndən sonra səhəri gün işə başlayacam. Amma belə olmadı".

 

Prosesdə digər zərərçəkmiş şəxslər də dindirilib.

 

 

Qeyd edək ki, S. Nəsirova Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sürücü kimi işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun işində 29 nəfər zərərçəkmiş var.

 

S. Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam