Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Xalq artistini təhqir edən Ramiz Məlik susmağa qərar verdi

 

 

Akademik Milli Dram Teatrının xalq artistləri Məleykə Əsədova və həmkarı Ramiz Məlik arasında qalmaqal səngimir.

Yenixeber.org: Aktrisa həmkarını məhkəməyə verəcəyini deyib:

“Xalq artisti Ramiz Məliki saytların birində ailəm, anam, atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ata və anamın ruhuna görə onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç vaxt məhkəməyə müraciət etməmişəm. Amma bu dəfə ailəmə dil uzatdılar”.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı xalq artisti Ramiz Məliklə əlaqə saxlayıb. Xalq artisti bu məsələ haqqında artıq danışmaq istəmədiyini bildirib: “Qurtardı. Daha bu haqda danışmaq istəmirəm”.

Xatırladaq ki, eyni teatrda çalışan xalq artistləri arasındakı qalmaqal Məleykə Əsədovanın öz “İnstagram” səhifəsində şortiklə olan fotolarını paylaşması olub. Ramiz Məlik həmkarına həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb. Bundan əsəbləşən aktrisa qafqazinfo.az saytına açıqlama verərək “Ramiz, indi qeyrətə gəlmisən?” deyib. Həmkarı isə cavabında onu və ailəsini ağır söyüşlərlə təhqir edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam