Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Polis əməkdaşları Ağcəbədidə əməliyyat keçirdi -külli miqdarda narkotik aşkar olundu

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. 

Yenixeber.org: Bu barədə DİN-in mətbuat xdimətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 0,110 qram heroin aşkar edilib. 

Tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq ümumi çəkisi 9 kiloqram 230 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Növbəti uğurlu tədbir Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Fərəcovun evinə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır. (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam