Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda Çinin milli bayramı qeyd edilib

 

Bu gün “JW Marriott Absheron”oteldə Çin Xalq Respublikasının yaranmasının 68-ci ildönümünə həsr edilmiş qəbul təşkil edilib.

 

Yenixeber.org: Əvvəlcə qonaqları salamlayan Çinin Azərbaycandakı səfiri Vey Cinhua  deyib ki, 2016-cı ildə Çinin  ümumdaxili məhsulu 6,7 faiz artaraq 11 trilyon ABŞ dolları təşkil edib. Xarici ticarət isə  3.7 trilyon dollar təşkil edib.
 

Çin və Azərbaycan arasında diplomatik əlaqələrin 25 illik yubileyinin olduğunu xatırladan səfir deyib ki, bu müddət ərzində ikitərəfli əlaqələr sağlam və sabit inkişaf edib. "2017-ci ilin yanvar ayından iyul ayına qədər iki ölkə arasında ticarət dövriyyəsi 775 milyon dollara çatıb və bu da ötən ilki müvafiq dövrlə müqayisədə 98.7 faiz artıqdır.  Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, üçüncü böyük ixracatçısı və idxalçısıdır.  Hazırda Azərbaycanda Çin dilini öyrənənlərin sayı durmadan artır", - deyə səfir əlavə edib.  Səfir vurğulayıb ki, " "Bir kəmər, bir yol"  layihəsi iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər yaradacaq.
 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Çin Xalq Respublikasını bayram günü münasibətilə təbrik edib. Ə. Qarayev bildirib ki, Çinlə Azərbaycan arasında geniş miqyasda turizm mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib: "Son 25 il müddətində Çin və Azərbaycan arasında çox davamlı, möhkəm və böyük həddə iqtisadi mübadiləni təmin edən münasibətlər qurulub. Mədəniyyət və turizm sahəsində görülən işlər də bu münasibətlərin davamlı yol üzərində olduğunun göstəricisidir. Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə münasibətə xüsusi diqqət yetirir.  Onun tapşırığı əsasında Çin və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi istiqamətində işlər gedir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam