Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

 

 

"Azəravtoyol" ASC Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verib.



Yenixeber.org: ASC-dən verilən məlumata görə, təmir işləri "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna ("Ekologiya postu") qədər olan 250 metrlik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd edək ki, əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam