Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rafiq Əliyev ABŞ-ın ən nüfuzlu mükafatını sentyabrın 2-də alacaq

 


"Xeberinfo.com"
: Dünya şöhrətli alim, Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan Rafiq Əliyev ABŞ-ın ən nüfuzlu “Lifetime achievement award” (“Dünya elmində ömürlük nailiyyət”) mükafatına layiq görülüb.

Rafiq Əliyev deyir ki, təqdimat mərasimi sentyabrın 2-də parisdə olacaq. Bir ay əvvəl aldığı bu mükafatı bütövlükdə Azərbaycan elminə verilən yüksək qiymət kimi dəyərləndirən dünya şöhrətli alim bildirdi ki, ödül elm və incəsənət sahəsində təqdim olunur.

“Bu, çox yüksək mükafatdır. İki sahədə - elm və incəsənət sahəsində təqdim olunur. Məlumat üçün deyim ki, 2000-ci ildə bu mükafatı Lütfi Zadə alıb. Mükafat ömürlük elmi nailiyyətə görə verilir. Onu da qeyd edim ki, bu mükafat mənim 3 elmi fəaliyyətimə görə verilib. Birincisi, ən son nəzəriyyəm olan qərar qəbuletmə nəzəriyyəsi, ikincisi, qeyri-səlis məntiqin inkişafında görülən işlər, üçüncü səbəb isə soft-komputinq istiqamətində xidmətlərə görədir” – deyə Rafiq Əliyev bildirdi.

Onu da bildirək ki, “Lifetime achievement award” ABŞ-da elmi nailiyyətlərə görə alimə verilən ən yüksək mükafatdır.

Bu mükafatı incəsənət sahəsində Beatles, Elvis Presley, Maykl Cekson, elm sahəsində dünyanın bir çox görkəmli alimləri alıb. Artıq rafiq Əliyevin də adı “Lifetime achievement award” mükafatının sahibləri siyahısında qərar tutub.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam