Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” qeyd edilib

 

Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr - Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”nə həsr olunmuş tədbir keçirilib.

 

Yenixeber.org: Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 sentyabr - “Neftçilər günü”nün Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. O bildirib ki, “Əsrin müqaviləsi»nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən 23 il keçir: “Bu müqavilə Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycan prezident İlham Əliyev bu siyasətin layiqli davamçısı kimi neft sənayesinin inkişafı yeni mərhələnin əsasını qoymaqla neft tarixində yeni bir uğuru imza atıb”.

 

R. Hümbətov 14 sentyabr 2017-ci il tarixində “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandığını bildirib. O, “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050-ci ilə qədər uğurla uzadılması bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

 

Daha sonra BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Azərbaycan neftini qələbəyə aparan tarixi yol” adlı məruzə ilə çıxış edib.

 

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam