Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abid Şərifov:Akif Əli cəzalanacaq

 

“Akif Əlinin açıqlaması cəzasız qalmayacaq...”

 

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

Yenixeber.org xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov Bizimyol.info saytına açıqlamasında məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir. Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, necə danışmalıyam. Akif Əli sən kimsən ki dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən? Sənin buna nə mənəvi haqqın var.Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım.Dövlət başçısı, birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib.Akif Əlinin bu açıqlamasını pisləyirəm.Çox biabırçı bir açıqlamadır”.

 

Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb. “Üzr istəmək günahdan azad olmaq demək deyil.Akif Əli ilə mən özüm də danışacam.Onun cəzalanması və ya işdən çıxartmaq səlahiyyəti isə Baş Nazirə aiddir.Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəyinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam