Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Fövqəlnazir"in televiziya istəyinə yox dedilər

 

     

                        «Fövqəlnazir»in telekanal layihəsinə imkan verilmədi

      "Xeberinfo.com": Fövqəladə hallar naziri Kəmaləddin Heydərova telekanal açmağa imkan verilməyib. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, “fövqəlnazir” media sahəsində qüdrətini artırmaq üçün telekanal açmıq istəyib. Bununla bağlı bütün məsələlər qısa müddətdə həll olunub.
     Telekanal üçün ən müasir avadanlıqlar alınıb. Telekanalın peyk vasitəsilə yayımlanması nəzərdə tutulub. Milli Televiziya və Radio Şurasından lisenziya almaq üçün bütün sənədlər toplanıb. Lakin “fövqəlnazir”in telekanalına lisenziya verilməyib.
     Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovun telekanal layihəsinə əngəl törədilməsi səbəbsiz deyil. “Kəmaləddin Heydərov hakimiyyət komandasında ən güclü fiqurlardan biridir və kifayət qədər iddialıdır. Uzun müddətdir onun baş nazir postu uğrunda mübarizə aparması, lakin məqsədinə çata bilməməsi də iddialı olması ilə bağlıdır. Hakimiyyətdə düşünürlər ki, Kəmaləddin Heydərovun televiziya açması da siyasi iddiaları ilə bağlıdır və buna mane olmamaq gələcəkdə iqtidar üçün ciddi təhlükələrə səbəb ola bilər”, - deyə məlumatlı mənbə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam