Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Seeya, Ozan Doğulu və Ece Seçkini Azərbaycana kim gətirir?

Seeya, Ozan Doğulu və Ece Seçkini Azərbaycana kim gətirir?

 

Xəbər verdiyimiz kimi, Türkiyə, Rusiya və Ukrayna məşhurları Azərbaycana gəlir.

Yenixeber.org: Sentyabrın 23-də Bakının ən məşhur klublarından olan "Elektra Hall"da baş tutacaq konsert tədbirində türkiyəli məşhurlar Ece Seçkin və Ozan Doğulu, ruminıyalı pop ulduz Seeya, Ukrayna və Rusiya şou biznesinin tanınmış simaları iştirak edəcək.

Məlumata görə, dünya ulduzları bir araya "Hell Energy” enerji içkilərinin təşkilatçılığı ilə toplanır. "Hell Energy”nin marketinq direktoru Müşfiq İsgəndərovun sözlərinə görə, baş tutacaq konsert proqramında yeni "Hell Strong Fokus” məhsulu da təqdim ediləcək: "Konsert proqramında biz yeni "Hell Strong Fokus” adlı məhsulumuzu təqdim edəcəyik. Bu "Hell”in yeni bir növüdür. Bu məhsul zehni fəaliyyətlə məşğul olanlara, idmançılara hədəflənmiş bir məhsuldur. Məhsulumuz beyin gücünün qüvvətləndirilməsi üçün nəzərdə tutulub. Tərkibi insan sağlamlığı üçün önəm daşıyan maqnezium və kloratin maddələrindən ibarətdir. Yeni məhsulumuzu məhz dünya ulduzlarının da iştirakı ilə müştərilərimizə təqdim edəcəyik. Konsertdə iştirak edən hər kəs bu məhsulumuzdan günün sonuna kimi limitsiz dada biləcəklər”.

Qeyd edək ki, gecədə azərbaycanlı DJ-lər də çıxış edəcəklər. Şounun aparıcısı isə tanınmış teleaparıcı İlkin Həsəni olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam