Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baş redaktor xüsusi ittiham qaydasında məhkəməyə verildi

 

    Qubanın icra başçısının müavini Afət Həsənova prezident İlham Əliyevin ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlardan xəbərsizdir

 

  "Xeberinfo.com": Son vaxtlar jurnalistləri yazdıqları yazıya görə məhkəməyə verilmə  faktları dəb halını alıb. Elə Quba rayon məmurunun jurnalisti məhkəməyə verməsi də bu kimi faktlardandır. Çox maraqlıdır ki, Qubanın icra başçısının müavini Afət Həsənovanın  jurnalisti  xüsusi ittiham qaydasında məhkəməyə verməsi prezident İlham Əliyevin Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmamsı haqqında ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlara tamamilə ziddir. Xatırladaq ki,  Azerbaycaninfo.com saytının baş redaktoru Subut Mehdiyev Quba rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Baş redasktorun sözlərinə görə,  məhkəmə çəkişməsinə səbəb olan yazı  Azerinews.tv saytına istinadən  əməkdaşlar tərəfindən  Azerbaycaninfo.com saytına yerləşdirilmiş  yazıdır.  Azerinews.tv  saytı sözügedən yazıya təkzib vermiş və yazının müəllifini işdən uzaqlaşdırmışdır.  Bu məsələ  Azerinews.tv   saytının  həmin yazıyla bağlı verdiyi təkzibdə öz əksini tapmışdır. Biz də Azerbaycaninfo.com saytı olaraq istinad etdiyimiz  Azerinews.tv   saytında gedən yazıya təkzib verdik və peşə davranış qaydalarını pozan əməkdaşların belə hərəkətlərini qınadıq.  Ancaq Quba rayon icra hakimiyyətinin  ictimai-siyasi  və humanitar məsələlər üzrə müavini Afət Həsənova məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı şikayətində göstərib ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun pozulması ilə əlaqədar 01.07.2014-cü il tarixdə “Azerbaycaninfo.com” saytında “Qubanın icra başçısının müavini onun sevgilisidir?” sərlövhəsi altında məlumat dərc olunub. Həmin məlumatda onun  şərəf, ləyaqət və işgüzar nüfuzu təhqir olunmuş, o sarsıntı keçirmiş və bununla da mənəvi təhqirə məruz qalıb. Çox təəccüblüdür ki, xüsusi ittihamçı Azerinews.tv-də gedən yazıya münasibət bildirmir, ona istinadən məqaləni saytında yerləşdirən Azerbaycaninfo.com agentliyini və Subut Mehdiyevi ittiham edir.Nəzərə almaq lazımdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs jurnalistdir və onun ifadə azadlığı, məlumat yaymaq azadlıqları var. Bu cür şikayətin hər hansı ölçüdə və formada təmin edilməsi totalitarizmdən və avtoritarizmdən imtina edərək demokratik inkişaf yolunu seçmiş Azərbaycanda ən mühüm insan haqlarından biri olaraq Konstitusiya ilə və Azərbaycanın tərəf olduğu beynəlxalq aktlarla, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığına zərər vuracaqdır. Qubanın icra başçısının müavini olan Afət Həsənovanın jurnalistə qarşı xüsusi ittiham qaydasında şikayət verərək onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi jurnalistin ifadə azadlığına qarşı basqı kimi qiymətləndirilməlidir. Avropa İnsan Haqları Məhkəməsi öz qərarlarında ifadə azadlığının gərəkliliyi dəfələrlə vurğulayıb. İfadə azadlığını məhdudlaşdırarkən dövlət arxayın olmalıdır ki, bu məhdudlaşdırma “demokratik toplumda zəruru” olmaq sınağından keçə bilməlidir.

 

 

       Vüsal

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam