Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı

 

Azərbaycandan bu il Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb.

Yenixeber.org: Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, ilk zəvvar qrupları təyyarə ilə avqustun 24-də səhər saat 06:10-da Səudiyyə Ərəbistanına yollanacaq. Digər iki qrup isə bu uçuşdan bir saat sonra yola düşəcək. Növbəti qruplar avqustun 25-26-da, gündə 2 reys olmaqla, ziyarətə gedəcək.

Ziyarətdən dönüş isə sonuncu səfər uçuşu tarixindən (26 avqust) 18 gün sonra başlayacaq və hər gün iki reys olmaqla, 3 gün davam edəcək.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam