Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səməd Vurğunun ailəsi "Oba" marketi məhkməyə verəcək- İTTİHAM VAR

 

Yenixeber.org: "Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub. PrimeTime.Az xəbər verir ki, reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik". Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam