Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Yeni icra başçısının “həyət islahatı”

 

Müstəqim Məmmədovun rayon mərkəzində 50 illik bina evlərin həyətindəki bağçaları sökdürməsi etiraza səbəb olub...
"Xeberinfo.com": Bu barədə “Yeni Müsavat”a məlumat daxil olub. Məktubda 3 gün əvvəl Tərtər rayonunda olduğunu qeyd edən müəllif rayonda İcra Hakimiyyətinin yerli əhalini narazı salan, qəzəbləndirən hadisə ilə rastlaşdığını bildirir. Belə ki, Tərtərə yeni təyin olunan icra başçısı Müstəqim Məmmədovun abadlıq adı ilə rayon mərkəzində uzun illərdir mövcud olan kiçik həyətləri ləğv etdirməyə çalışmasının əhalidə narazılıq yaratdığı deyilir. 
Sitat: “Hər yeni təyin olunan icra başçısı da özü ilə lazımsız qaydalar gətirir. Gələn hər kəs ”abadlıq işləri" görməyə gəlir... Tərtərdə son bir neçə ildə səhv etmirəmsə bu, 3 ya 4-cüdür. Tərtər kiçik rayondur və cəbhə bölgəsi olduğu üçün zatən, əsəbləri gərilmiş vəziyyətdədir, üstəlik də yeni gələn icra hakiminin yeni gətirdiyi qaydalar ola... 
Bu kiçik şəhərdə 60-cı illərdə tikilmiş xeyli 2 mərtəbəli bina var. Demək olar, həmin dövrlərdən bəri bu binalarda yaşayan sakinlər binaların ətrafını çəpərləyərək binaların quruluşunu həyət evləri halına gətiriblər. Təbii, bu doğru deyil, ancaq bunlara bu fürsət 50 il bundan əvvəl verilib və artıq burada növbəti nəsillər öz həyatlarını, yaşayış tərzini qurublar, xərc çəkiblər özlərinə şərait yaradıblar. Yeni təyin olunmuş icra başçısı isə bütün bu qurğuları zor gücünə sökmək qərarına gəlib. İş o həddə çatıb ki, insanlar toplanaraq icra hakimiyyətini təhdid edərək “toplu şəkildə İrana köçəcəyik” deyiblər. Ancaq bütün bunlar faydasızdır..." 
 Qarşı tərəfi dinləyib mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}