Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Azərsu" doktorant hazırlayacaq

 

Yenixeber.org: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli  297 nömrəli qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib. Dəyişikliklərə görə bir sıra təhsil müəssisələri ilə yanaşı, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib. İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

1)    3305.05 - Mühəndis-kommunikasiya sistemləri

2)    3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi

3)    5406.01 - Hidrologiya

Qeyd edək ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda  su sektorunda müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üzrə təhsilin doktorantura pilləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə  ki, ölkəmizdə istehlakçıların 24 saat fasiləsiz, keyfiyyətli,  Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər uğurla davam etdirilir.  Həyata keçirilən layihələr çərçivəsində yeni sutəmizləyici qurğular, su anbarları, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Bütün həyata keçirilən layihələr  elmi nailiyyətlərə və innovativ texnologiyalara əsaslanmaqla həyata keçirilir.

sa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam