Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Google” axtarış nəticələrini dərhal göstərməkdən imtina etdi

“Google” axtarış nəticələrini dərhal göstərməkdən imtina etdi

 

Yenixeber.org: “Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib.
 

Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman bunu axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, - deyə “Google” təmsilçisi söyləyib.  
 

Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam