Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rüşvətə görə həbs edilən baş həkim və xanım köməkçisİ azadlığa çıxdı

 

Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan sabiq baş həkimin cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə sabiq baş həkimin vəkili müdafiə çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil deyib ki, Hüseyn Həsənovun anası xəstədir. Məhkəmənin qərarı yaşlı qadının həyatını itirməsinə səbəb ola bilər: "Xahiş edirəm ki, ən azı anasına görə ədalətli qərar verilsin. İttihamları qəbul etmirik. Həmçinin bildirim ki, Mətanət Şamçıyeva kimlərinsə təzyiqi ilə Hüseyn Həsənova qarşı ifadə verib".

Məhkəmədə Mətanət Şamçıyevanın vəkili də çıxış edib. O da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mətanət Şamçıyeva son sözündə barəsində bəraət hökmü çıxarılmasını isrəyib. Hüseyn Həsənov da son sözündə özünü təqsirli bilmədiyini deyib və ədalətli qərar çəxarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Məhkəmənin hökmü ilə Hüseyn Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Həbsdə olmayan M.Şamçıyeva da 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində də şərti cəza təyin edilib. Bildirək ki, baş həkim məhkəmədə şantaj olunduğunu deyib. Ev dustaqlığında olan Mətanət Şamçıyeva ifadəsində rüşvəti baş həkimin göstərişi ilə aldığını söyləyib.

Qeyd edək ki, Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib. H.Hüseynov və M.Şamçıyeva barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

İlkin Muradov,
Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam